Modern.az

Rusiya və Türkiyə Qarabağı müzakirə edəcək

Rusiya və Türkiyə Qarabağı müzakirə edəcək

Aktual

24 Noyabr 2016, 16:47

Rusiya və Türkiyənin xarici işlər naziri Sergey Lavrov və Mövlud Çavuşoğlu Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.

Modern.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib.

 

Onun sözlərinə görə, nazirlərin görüşü dekabrın əvvəlində Türkiyənin Alanya şəhərində baş tutacaq.

S.Lavrovun dekabrın 1-də Türkiyəyə səfər edəcəyi gözlənilir.

 

M.Zaxarova deyib ki, S.Lavrov türkiyəli həmkarı ilə gələn il keçiriləcək Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasına hazırlığı da müzakirə edəcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...