Modern.az

İŞİD İraqda yanacaqdoldurma məntəqəsini partlatdı: 100 ölü

İŞİD İraqda yanacaqdoldurma məntəqəsini partlatdı: 100 ölü

Aktual

24 Noyabr 2016, 22:46

İraqda yanacaqdoldurma məntəqəsində törədilən partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə paytaxt Bağdad yaxınlığında qeydə alınıb. Məlumata görə, terrorçu-kamikadze minalanmış avtomobili yanacaqdoldurma məntəqəsində partladıb. Partlayış baş verən an yanacaqdoldurma məntəqəsində iranlı zəvvarlarla dolu bir neçə avtobus olub.   

Qeyd edək ki, partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.  

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı