Modern.az

Paytaxtda qaz sızmasından partlayış olub  

Paytaxtda qaz sızmasından partlayış olub   

Aktual

24 Noyabr 2016, 23:43

Bakıda mənzildə qaz sızması nəticəsində partlayış olub. Modern.az saytı xəbər verir ki, "Report"un xəbərinə görə görə, hadisə paytaxtın Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, 6, mənzil 19-da qeydə alınıb. Partlayışdan sonra yanğın baş verib. Mənzildə yaşayış olmadığından xəsarət alan yoxdur. Partlayış nəticəsində mənzilin şüşələri maşınların üzərinə tökülüb, iki maşına ziyan dəyib. Yanğın yuxarıdakı mənzilə də keçib, sakinlər təxliyə edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürməyə çalışırlar.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı