Modern.az

Azərbaycan İsrailə kömək göndərib

Azərbaycan İsrailə kömək göndərib

Aktual

25 Noyabr 2016, 00:26

Azərbaycan İsrailə kömək göndərib. Modern.az saytı xəbər verir ki, İsrail mediasının yaydığı məlumata görə, İsraildə tüğyan edən meşə yanğınları ilə mübarizədə yardım üçün Azərbaycan da təyyarə göndərib.

Qeyd edək ki, güclü meşə yanğınları bu həftə İsrailin bir neçə rayonunda eyni vaxtda başlayıb. Yanğın hazırda Yerusəlimin yaxınlığındakı Nataf qəsəbəsi ərazisində daha çox tüğyan edir. Təl-Əviv və Yerusəlim arasında yerləşən Latruna ərazisindəki meşələr və kolluqlar da yanır. Bir sıra rayonlarda fövqəladə rejim elan olunub və əhali təxliyə edilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə! İranda yenə ara qarışdı - Silahlılar hərəkətə keçdi