Modern.az

Tovuzda qəza maşını divara dırmaşdırdı - FOTO

Tovuzda qəza maşını divara dırmaşdırdı - FOTO

Aktual

6 Dekabr 2016, 22:14

Tovuz rayonuna yağan qar yol qəzasına səbəb olub. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndində qeydə alınıb. Belə ki, sürücü İkram Bayramoğlu (Şəmkir rayon Tatar kənd sakini) idarə etdiyi "Niva" markalı avtomobili qarşıdan gələn digər maşına vurmamaq üçün əyləci basıb və sürəti azaltmağa çalışıb, lakin idarəetməni itirib.

Nəticədə maşın yoldan çıxaraq kənardakı maneələrə çırpılıb və evlərdən birinin divarına dırmaşaraq dayanıb.

Qəza zamanı sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı