Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də Rusiyaya rəsmi səfər edəcək.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2 günülük səfər zamanı bir çox sənədlərin və investisiya müqavilələrinin imzalanacağı gözlənilir. Prezidentlər həmçinin, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi şərəfinə geniş ziyafıət məclisində iştirak edəcək.
Bundan başqa, Sarkisyan və Putin görüşünün əsas müddəalarından biri Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunması olacaq.
Xatırladaq ki, 2016-cı ilin sonlarından başlayaraq Ermənistanın müdafiə naziri Viqen Sarkisyan, baş nazir Karen Karapetyan və xarici işlər naziri Edvard Nalbandyan Moskvaya səfər ediblər.
Vüqar İSMAYILOV