Modern.az

ADU-da kitab sərgisi açılıb

ADU-da kitab sərgisi açılıb

Aktual

2 Mart 2017, 12:49

Martın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təşkilatçılığı iləiki günlük kitab sərgisi açılıb. İlk dəfə ADU-da təşkil edilənbu sərgidə U.S.Moemin “Seçilmiş əsərləri”, V.İvanov Taqanskinin “Zəfər və ilğım”, A.Millerin“7 pyes”, A.B.Kasaresin “Morelin ixtirası”, Çe Gevaranın “Boliviya gündəliyi”, S.Ağaoğlunun “Atamın dostları”, S.Budaqlının “Yolüstü söhbət” kitabları da daxil olmaqla 20-dən çox müəllifin əsərləri nümayiş olunur.

 

Qeyd edək ki, sərginin keçirilməsində məqsəd gənclərin dünyagörüşünün formalaşdırılması, ədəbiyyata və mütaliəyə marağının artırılmasıdır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı