Modern.az

Tovuz sakininin boğazı kəsilib

Tovuz sakininin boğazı kəsilib

Aktual

2 Mart 2017, 22:03

Tovuz rayonunda 39 yaşlı yerli sakinin boğazı kəsilib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında mərkəzi bazarın yanında baş verib.

Rayon sakini, 1978-ci il təvəllüdlü Məmmədov Samir Məmməd oğlu hələki bilinməyən səbəblərdən boğazı bıçaqla kəsilmiş halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı dərhal həkimlər tərəfindən əməliyyat olunub. Hazırda xəstənin vəziyyəti ağırdır. Yaralını gətirənlərin sözlərinə görə o, özü-özünə xəsarət yetirib.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...