Modern.az

Bu yollarda sürət həddi aşağı salındı

Bu yollarda sürət həddi aşağı salındı

Aktual

9 Aprel 2017, 22:46

Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib. Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar iki əsas magistral yolda sürət həddi endirilib. Belə ki, Heydər Əliyev prospekti boyunca (şəhər mərkəzindən Bilgəh istiqamətində, eləcə də əks istiqamətdə), həmçinin, Zığ dairəsindən Hava limanı və əks istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etməkdir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı