Modern.az

Sabirabadda ağır qəza: 1 nəfər öldü

Sabirabadda ağır qəza: 1 nəfər öldü

Aktual

10 Aprel 2017, 09:25

Fövqəladə Hallar Nazirliyi (FHN) aprelin 10-da Sabirabadda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

FHN-dən Modern.az-a verilən xəbərə  görə, Sabirabadın Nizami kəndində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1980-cı il təvəllüdlü Musayev Rəşad Arif oğlunun cəsədini çıxarmış vəaidiyyatı üzrə təhvil verib.

Əməliyyat saat 02:03-də başa çatıb.

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!