Modern.az

Bakıda şagird öldü, həkimlərlə bağlı araşdırma başladı

Bakıda şagird öldü, həkimlərlə bağlı araşdırma başladı

Aktual

10 Aprel 2017, 11:13

Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbə sakini, 2007-ci il təvəllüdlü Səccad Mircəfər oğlu Əyyubzadənin vəziyyəti qəfil pisləşib və o, xəstəxanaya yerləşdirilib. 313 saylı orta məktəbin 4-cü sinfində oxuyan S.Əyyubzadə həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.


Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a açıqlamasında deyib ki, uşaq xəstəxanaya daxil olarkən artıq dünyasını dəyişmişdi:


“Məsələ ilə əlaqədar cinayət işi açılıb. Onun ölümündə həkim səhlənkarlığının olub-olmaması araşdırmalar nəticəsində bilinəcək”.

 


Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı