Modern.az

Şəhid ailəsi hələ də daxmada yaşayır - FOTOLAR

Şəhid ailəsi hələ də daxmada yaşayır - FOTOLAR

Aktual

10 Aprel 2017, 14:02

Şəhid ailəsi hələ də yararsız vəziyyətdə olan daxmada yaşayır. 

Cəbhənin Murovdağ istiqamətində şəhid olan Habil Əmralıyevin ailəsi qohumlarının həyatyanı sahəsində qarğı və palçıqdan inşa edilmiş daxmada məskunlaşıb.

 

Habil Əmralıyevin qardaşı Aqil Həmralıyev Modern.az-a bildirib ki, hazırda evdə beş nəfər qalır. O deyir  ki, işləsə də ailənin aylıq büdcəsi yalnız dolanışıq üçün kifayət edir.

 

“1995-ci ildən Bərdə rayonu Xanərəb kəndində bu daxmada məskunlaşmışıq. Yaşadığımız daxma iki otaqlıdır və yararsız vəziyyətdədir. Yağış yağanda və külək əsəndə daxma buna tab gətirə bilmir. Atam rəhmətə gedib, hazırda evdə beş nəfər qalır: mən, həyat yoldaşım, iki övladım və anam”.

 

Aqil Əmralıyevin sözlərinə görə, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də,  evlə təmin edilməyiblər.

“Artıq o yer qalmayıb ki, yazaq. Dəfələrlə qeydiyyat aparatına, “Qaçqınkom”a  müraciət etsək də,  ev verilmədi.  Bizi get-gələ saldılar və növbəniz çatanda veriləcək dedilər”.

 

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən Modern.az-a bildirib ki, hazırda Bərdə rayonu ərazisində boş mənzil yoxdur. Və gələcəkdə rayon ərazisində yaşayış qəsəbəsi salınarkən həmin ailənin mənzillə təmin olunması məsələsinə baxılacaq. Lakin yaşayış kompleksinin nə vaxt salınacağı hələki bəlli deyil.

 

Günay Rəsulqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı