Modern.az

Bu ölkədə İŞİD-ə qoşulanlar vətəndaşlıqdan məhrum olunacaq

Bu ölkədə İŞİD-ə qoşulanlar vətəndaşlıqdan məhrum olunacaq

Aktual

11 Aprel 2017, 10:04

Qazaxıstan prezidenti Nursultan Nazarbayev  İŞİD-ə qoşulan ölkə sakinlərinin vətəndaşlığının ləğv olunacağını deyib.

 

Modern.az xəbər verir ki, o bu barədə “Mir24” telekanalına müsahibəsində deyib.

 

“Qanunvericiliyə görə Qazaxıstan vətəndaşı hər hansı ekstremist qruplaşmaya qoşulmaq üçün ölkədən gedərsə, avtomatik olaraq vətəndaşlıqdan çıxarılacaq. Bu məcburi addımdır”.

 

Onun sözlərinə görə ölkədən gedən 500-600 sakin İŞİD sıralarına qoşulub. Onların bəziləri ölkəyə qayıdaraq ekstremist fəaliyyətlərini davam ediblər.

 

Vüqar İSMAYILOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı