Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda güclü partlayış baş verib.
Modern.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, hadisə yerinə təhlükəsizlik qüvvələri, xilasedicilər və tibbi yardım maşınları cəlb edilib.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisəsinin Diyarbəkir rayon Polis İdarəsinin Bağlar qəsəbəsində yardımçı binasında zirehli avtomobillərin təmiri emalatxanasında baş verdiyi məlum olub. Hələlik 5 nəfərin yaralandığına dair məlumat var..