Modern.az

Türkiyəli komandan Bakıya gəlib

Türkiyəli komandan Bakıya gəlib

Aktual

11 Aprel 2017, 13:45

Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycanda səfərdədir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aprelin 11-də Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı donanma admiralı Bülent Bostanoğlu Azərbaycana rəsmi səfərə gəlib.

 

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Admiral B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub.

Səfər aprelin 14-dək davam edəcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı