Modern.az

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi

Aktual

11 Aprel 2017, 14:07

Dövlət İmtahan Mərkəzindən (DİM) “Azərbaycan dili” imtahanından “qeyri-məqbul” qiymət alan abituriyentlərə müraciət edib.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, aprelin 9-da qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün keçirilmiş “Azərbaycan dili” imtahanında “qeyri məqbul” qiymət alan və ya iştirak etməyən şəxslər elektron ərizələrində I-IV ixtisas qrupları üzrə yazda keçiriləcək imtahanda iştirak etmək üçün qeyd aparıblarsa, aprel-may aylarında keçiriləcək ilk qəbul  imtahanında iştirak edə bilərlər.

 

 Lakin iyunun 11-də keçiriləcək növbəti Azərbaycan dili imtahanında “qeyri məqbul” qiymət alacaqları təqdirdə onlara ixtisas seçimində iştirak etməyə icazə verilməyəcək.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...