Modern.az

Hesablama Palatası İTV-ni və Sumqayıt Dövlət Universitetini yoxlayıb

Hesablama Palatası İTV-ni və Sumqayıt Dövlət Universitetini yoxlayıb

Aktual

12 Aprel 2017, 12:03

Hesablama Palatasının Kollegiyasının növbəti iclası keçirilib. Palatadan Modern.az-a verilən məlumata görə,  2017-ci ilin  İş planı üzrə həyata keçirilmiş

-Dövlət büdcəsindən Sumqayıt Dövlət Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair;

- İctimai  Televiziya və  Radio  Yayımları  Şirkətinə  dövlət  büdcəsindən   ayrılan  və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinə dair;

- Dövlət büdcəsindən Gəncə şəhər Səhiyyə İdarəsinə ayrılan vəsaitlərin   proqnozlaşdırılması və icrasına dair müzakirələr aparılıb.

 

Kollegiyaya dəvət olunmuş Sumqayıt Dövlət Universitetinin İqtisadi məsələlər üzrə prorektoru Nahid  Hacıyev,  baş mühasib Şahmar Abdullayev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorunun müavini Nazim Mürsəlov, Maliyyə və mühasibat Departamentinin direktoru Zaur Məmmədov, Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini  Akif Zərbəliyev  və baş mühasibin müavini Gülnar Bagirova müzakirələrdə iştirak edib Kollegiya üzvlərinin suallarını  cavablandırıb.

 

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

 

Həmçinin aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı