Avropa Parlamentinin Lüksemburqdan olan deputatı Frank Engel toyunu Azərbaycanın işğal olunmuş Qarabağ torpaqlarında keçirmək niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə slovakiyalı jurnalist Boris Zala öz məqaləsində yazıb. Engellə birlikdə Qarabağdakı separatçı rejimin keçirdiyi referenduma müşahidəçi kimi qatılan Zala toyun ilin sonuna qədər olacağını deyib.
“Frank toyunu Dağlıq Qarabağda keçirmək arzusundadır”,-deyə jurnalist yazıb.
Xatırladaq ki, Frank Engel Dağlıq Qarabağa qanunsuz səfər etdiyi uçün Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilib.
Vüqar İSMAYILOV