Modern.az

Saakaşvili Poroşenko ilə münasibətlərindən danışdı

Saakaşvili Poroşenko ilə münasibətlərindən danışdı

Aktual

12 Aprel 2017, 15:12

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili prezident Pyotr Poroşenkonun ona 2,5 dəfə baş nazir postunu tutmağı təklif etdiyini deyib.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Saakaşvili bu təklifləri qəbul etmədiyini deyib.

 

“Poroşenko mənə 2,5 dəfə baş nazir postunu tutmağı təklif etmişdi. Bir dəfə qeyri-ciddi, 2 dəfə isə israrla xahiş etmişdi. Sonuncu dəfə mənə bu təklifi verən zaman mən “baş nazir olmaqdan da yüksək ambisiyalarım var” – deyə cavab verdim2.

 

Siyasətçi bu təkliflərin 2016-cı ilin aprelində, arseni Yatsenyuk hökumət rəhbəri postunu tərk edən zaman baş verdiyini deyib.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı