Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, London və Nyu-York birjalarında keçirilən elektron hərraclar zamanı neft 1 faizədək ucuzlaşıb. Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı yüngül neftin may fyuçersləri 0,94 faiz aşağı düşərək bir barel üçün 52,90 dollar təşkil edib.
Londonun "ICE Futures" birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının iyun fyuçersləri 1,05 faiz aşağı düşüb. Bu markalı neftin bir barelə görə 55,64 dollara satılır.
Modern.az