Modern.az

Qarabağda doğulan ermənilərin sayı azalıb

Qarabağda doğulan ermənilərin sayı azalıb

Aktual

14 Aprel 2017, 10:54

Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində 2016-cı ildə doğulan uşaqlarla bağlı statistika açıqlanıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən il qondarma rejimin nəzarəti altında olan ərazilərdə 2471 uşaq doğulub.

 

Məlumata görə, 2015-ci ildə Qarabağda 2582 körpə doğulmuşdu. Ekspertlər doğum sayındakı ciddi azalmanı 2016-cı ilin aprel döyüşləri ilə əlaqələndirirlər. Onların fikrincə, döyüşlərdən sonra Qarabağdan Ermənistana köçən gənc cütlüklərin sayı artıb.

 

Vüqar İSMAYILOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!