Modern.az

Əfqanıstan prezidenti Azərbaycana gələcək

Əfqanıstan prezidenti Azərbaycana gələcək

Aktual

13 Aprel 2017, 16:03

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xalili bildirib.

Diplomatın sözlərinə görə, Əfqanıstan lideri xarici işlər naziri Səlahuddin Rəbbani ilə birgə "Asiyanın ürəyi - İstanbul prosesi" formatının nazirlər səviyyəsində görüşündə iştirak edəcək.

Səfir xatırladıb ki, artıq martın 17-də Bakıda "Asiyanın ürəyi - İstanbul prosesi" ölkələrinin yüksək vəzifəli rəsmilərinin iclası baş tutub:

"Görüş böyük ehtimalla ilin ikinci yarısında keçiriləcək. Tarix dəqiqləşdirilir".

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı