Modern.az

Şimali Koreya ABŞ-ı HƏDƏLƏDİ: “Çox sərt zərbələr endirəcəyik”

Şimali Koreya ABŞ-ı HƏDƏLƏDİ: “Çox sərt zərbələr endirəcəyik”

Aktual

14 Aprel 2017, 17:03

Şimali Koreya ABŞ-ın hərbi müdaxiləsinə cavab olaraq ABŞ ordusunun hərbi bazalarını və Cənubi Koreya prezidentinin Seuldakı iqamətgahını hədəfə alacaqlarını bildirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Xalq Ordusunun qərargahı məlumat yayıb.

 

“Bütün iqtisadi, siyasi və hərbi təxribatların qarşısı xalqımız və ordumuzun sərt zərbələri ilə alınacaq”.

 

Şimali Koreya hərbi rəhbərliyi Osan, Kusan və Pxentexdə yerləşən Amerika bazalarını, “Çxonvade” prezident iqamətgahını bir neçə dəqiqəyə külə çevirəcəklərini bildirib. Bundan başqa, “Karl Vinson” aviadaşıyıcısı da hücumlara məruz qalacaq.

 

Vüqar İSMAYILOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı