Modern.az

Bakı Şopinq Festivalının növbəti sürprizi - “Mademoiselle Boutique”

Bakı Şopinq Festivalının növbəti sürprizi - “Mademoiselle Boutique”

Aktual

14 Aprel 2017, 18:12

Bakı Şopinq Festivalı alış-veriş həvəskarlarına günbəgün daha çox brendin güzəştlərini təqdim etməkdə davam edir. Növbəti sürpriz “Mademoiselle Boutique” brend mağazası oldu.

 

Bu gündən etibarən “Mademoiselle Boutique” butikində də festival ab-havası yaşanacaq. BSF-də qeydiyyatdan keçərək Bakı Şopinq Festivalının iştirakçı statusu alan butikdə qiymət fərqini görmək üçün M.Əliyev küçəsi, 200 ünvanına gəlmək kifayətdir.

 

Bütün alıcılar mayın 10-dək “Mademoiselle Boutique” mağazasında alış-veriş etməklə böyük güzəştlər əldə edəcəklər. Burada şopinq həvəskarlarını 30 faizədək endirimlər gözləyir. Həmçinin ödənilmiş ƏDV də geri qaytarılır.

 

Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan “Mademoiselle Boutique” mağazasında alış-veriş etməklə, öz büdcəsinə 40 faizdən çox qənaət etməyə dəvət edir.

 

 

Modern.az

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı