Modern.az

Lerikin kəndləri işıqsız qalıb

Lerikin kəndləri işıqsız qalıb

Aktual

14 Aprel 2017, 20:54

Lerik rayonunda güclü külək səbəbindən kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb. Modern.az  "Report"a istinadən xəbər verir ki, bu gün səhər saatlarında başlayan külək günorta saatlarında daha da şiddətlənib. Nəticədə rayon ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda kəndlərin əksəriyyətində işıq yoxdur. Ancaq rayon mərkəzinə və bir neçə yaxın kəndə bir qədər əvvəl enerji verilişi bərpa edilib. 

Qeyd edək ki, güclü külək Yardımlı rayonunda da ciddi fəsadlar törədib. Güclü külək rayon ərazisindəki elektrik dirəklərini aşırıb, evlərin dam örtüklərini uçurub. Nəticədə rayon mərkəzinə və kəndlərə elektrik verilişində fasilələr yaranıb, gün ərzində təmir briqadaları qəzaların aradan qaldırılmasına cəlb edilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı