Modern.az

Keçmiş polis ağac əkən qonşusunu güllələdi - Video

Keçmiş polis ağac əkən qonşusunu güllələdi - Video

Aktual

14 Aprel 2017, 22:08

Qax rayonunda törədilən qətlin səbəbi məlum olub. Modern.az “ARB TV”yə istinadən xəbər verir ki, rayon sakini, 58 yaşlı Aydın Musa oğlu Musayev qonşusu, 66 yaşlı Hacıyev Nəbi Hacıislam oğlu tərəfindən güllələnərək öldürülüb.

Hadisə Aydın Məmmədov küçəsində, Aydın Musayevin yaşadığı evin qarşısında qeydə alınıb. Hadisənin ağac əkmək üstündə baş verdiyi deyilir. Aydın Musayev kiçik ərazidə ağac əkərkən Nəbi Hacıyev həmin ərazinin ona aid olduğunu bildirib. Nəticədə mübahisə baş verib. Hacıyev Musayevi təklülə tüfənglə qətlə yetirib. Aydın Musayev "KamAZ" sürücüsü olub, Nəbi Hacıyev isə təqaüddə olan keçmiş polis işçisidir. Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı