Modern.az

“Turan” çempion oldu

“Turan” çempion oldu

Aktual

14 Aprel 2017, 22:28

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 24-cü tura yekun vurulub. Modern.az xəbər verir ki, turun əsas qarşılaşması “Zaqatala” - “Səbail” komandaları arasında keçirilib. Oyun 1:1 hesabı ilə yekunlaşsa da, bu oyundan sonra liqanın çempionu müəyyənləşib.

Zaqataladakı oyundan sonra “Turan Tovuz” komandası sona 2 tur qalmış birinciliyi təmin edib. Hazırda Tovuz klubu ilə ən yaxın təqibçisi “Səbail” arasında 6 xal fərqi var. Bakı təmsilçisinin bu fərqi qapatmaq imkanı olsa da, şəxsi oyunlardakı üstünlük tovuzluları erkən çempion edib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı