ABŞ "Stethem" raket esminesini Cənubi Çin dənizinə göndərib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Amerika Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu addım Şimali Koreyanın nüvə sınaqları keçirməsi ilə bağlı artan gərginlik fonunda atılıb: “Yokosukada (Yaponiya) lövbər salan "Stethem" raket eskadra mina gəmisi Cənubi Çin dənizində mühafizə əməliyyatları aparır".
Donanma nümayəndəsi Robert Klin bildirib ki, bu ezamiyyət heyət üzvlərinin əsas regionlarda əməliyyat həyata keçirmək üzrə mühüm təcrübə toplamalarına imkan yaradacaq.
Modern.az