Modern.az

Goranboyda mikroavtobus qəzaya uğradı

Goranboyda mikroavtobus qəzaya uğradı

Aktual

15 Aprel 2017, 00:57

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb. Ağcakənd-Goranboy marşurutu üzrə sərnişin daşıyan “QAZel” markalı mikroavtobusla “VAZ-2107” toqquşub. Qəza zamanı “QAZel” də olan Kəlbəcər rayon sakini, 1966-cı il təvəllüdlü Nəsirova Səadət Səyyas qızı müxtəlif bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!