Meksikalı jurnalist Maksimino Rodriges Palasios Aşağı Cənubi Kaliforniya ştatının La-Pas şəhərində ötən gün naməlum şəxslər tərəfindən öldürülüb.
Bu haqda Modern.az xarici KİV-ə istinadən xəbər verir.
Jurnalistin işlədiyi Colectivo Pericu internet nəşrinin məlumatına görə, ticarət mərkəzinin dayanacağında öz avtomobilini saxladığı zaman güllələnib.
Onunla birlikdə maşında onun həyat yoldaşı olsada, o xəsarət almayıb.
Qeyd edək ki, Palasios bu il Meksikada öldürülən artıq dördüncü KİV nümayəndəsidir.
Modern.az