Modern.az

Bakıda parkda arvad ərini bıçaqlayıb

Bakıda parkda arvad ərini bıçaqlayıb

Aktual

15 Aprel 2017, 11:04

Bakıda arvad ərini bıçaqlayıb. "Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda, Rəşid Behbudov küçəsində yerləşən parkların birində qeydə alınıb. 

Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Mahmud Şahzadə oğlu həyat yoldaşı ilə mübahisə edib.

Nəticədə o, arvadı tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan M.Məmmədov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!