Modern.az

Astarada it heroin alverçisini ifşa etdi

Astarada it heroin alverçisini ifşa etdi

Aktual

15 Aprel 2017, 11:34

Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycana idarə etdiyi minik avtomobili ilə gələn Azərbaycan vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı saxlanılıb.

 

Bu haqda Modern.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

 

Kinoloji xidmət itinin reaksiyasına əsasən, avtomobilə baxış keçirilib.

 

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin mühərrikinin aşağı hissəsində, zavod konstruksiyasında nəzərdə tutulmamış, sonradan mühərrikə əlavə olaraq bərkidilmiş starterin içərisində, gömrük nəzarətindən gizlədilmiş iki ədəd bağlamada olmaqla, ümumi xalis çəkisi 1695 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı