Modern.az

Sabunçudakı məktəbdə zəhərlənən 10 şagird evə buraxıldı

 Sabunçudakı məktəbdə zəhərlənən 10 şagird evə buraxıldı

Aktual

15 Aprel 2017, 12:23

Bakının Sabunçu rayonundakı 22 saylı orta məktəbdə zəhərlənən 10 şagirdin vəziyyəti sabitləşib. Bu barədə Modern.az-a 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildiriblər ki,şagirdlər həkimlər tərəfindən təkrar müayinə ediləndən sonra bu gün xəstəxanadan evə buraxılıblar.

Xatırladaq ki, hadisə martın 14-də Sabunçu rayonu, Maştağa qəsəbəsi, 22 saylı orta məktəbdə baş verib. İlkin məlumata görə, zəhərlənmənin səbəbi 5-ci sinif şagirdlərindən birinin ad günü münasibəti ilə sinfə gətirdiyi şirniyyat olub.

Zəhərlənən məktəblilər dərhal 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasına yerləşdiriliblər.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...