Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi aprelin 15-nə olan hesabatı açıqlayıb.
Agentlikdən Modern.az-a verilən məlumata görə, Füzuli rayonun, ikinci Mahmudlu kəndində kəndarası torpaq yola baxış keçirilib. Ərazidən 1 ədəd partlamış top mərmisinin gilizi aşkar edilərək götürülüb. Nəticə etibarilə 600 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 15 apreldə Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 159 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.
5 129 ədəd partlamamış hərbi sursat, 81 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. 1 843 842 kv.m ərazi (523 006 kv.m əl ilə, 508 700 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 699 136 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Gülşən RAUFQIZI