Modern.az

Zakir Həsənov İranın müdafiə nailiyyətləri sərgisində olub

Zakir Həsənov İranın müdafiə nailiyyətləri sərgisində olub

Aktual

16 Aprel 2017, 14:40

İranda rəsmi səfərdə olan Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün Tehranda İranın müdafiə sənayesinin nailiyyətləri sərgisində olub.

 

Modern.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu ölkənin müdafiə sənayesi kompleksinin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olan müdafiə naziri general-polkovnik Zakir Həsənova İran Silahlı Qüvvələrinin silahlanmasındakı müxtəlif döyüş vasitələrindən ibarət eksponatlar təqdim edilib.

 

Sərgi ilə tanışlıqdan sonra Z.Həsənov "Xatirə kitabı"nı imzalayıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...