Prezident Donald Trampın Şimali Koreya məsələsinə yanaşması onun sələflərindən fərqli olacaq. Modern.az xəbər verir ki, bunu vitse-prezident Mayk Pens deyib.
“Biz uğursuzluğa uğramış strateji dözüm siyasətindən uzaqlaşırıq. Şimali Koreyaya iqtisadi və diplomatik təzyiqləri də artırmaq fikrindəyik. Məsələnin sülh yolu ilə həllinə inanırıq”.
Pens Çinin də ABŞ-la bu məsələdə əməkdaşlıq etmək planlarından məmnunluğunu ifadə edib.
Vüqar İSMAYILOV