Qazaxıstan prezidenti Nursultan Nazarbayev Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı ilə görüşüb.
Modern.az xəbər verir ki, Qazaxıstanın akorda.kz. saytının məlumatına görə Darxan Kıdıralı prezident Nursultan Nazarbayevə Akademiyanın gələcək işinin perspektivləri, “Gələcəyə baxış: ictimai fikirin formalaşmasında modernizasiya” slsiləsindən olan məqalələr, eləcə də BMT-nin Baş qərargahında keçirdikləri beynəlxalq simpozium və “Böyük Çöl” humanitar Forumu barədə geniş məlumat verib.
O həmçinin, Beynəlxalq Türk Akademiyasının Monqolustan ərazisində apardığı arxeoloji qazıntılar zamanı tapılan qədim türk tarixini özündə əks etdirən artefaktlar barədə danışıb.
Görüşün sonunda Qazaxıstan prezidenti akademiyanın işini yüksək qiymətləndirib və yeni planların həyata keçirilməsi üçün tapşırıqlar verib.
Qeyd edək ki, Beynəlxalq Türk Akademiyasının yaranması haqqında qərar 1992-ci ildə Heydər Əliyevlə Nursultan Nazarbayevin Naxçıvandakı görüşü zamanı verilib. 2010-cu ildən yaranan Akademiyanın ilk üzvləri Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstandır. Digər türkdilli ölkələr də artıq bu elm qurumuna üzv olmaq niyyətindədirlər.
Modern.az