Modern.az

Tovuzda müəllim uşağı belə döydü - VİDEO

Tovuzda müəllim uşağı belə döydü - VİDEO

Aktual

17 Aprel 2017, 23:59

Tovuzun Qalaboynu kəndində müəllimin şagirdi döyməsi telefonla çəkilib. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, görüntülər Tovuz rayonu Qalaboynu kənd məktəbində çəkilib. Şagirdlərə qarşı zorakılıq edən hərbi hazırlıq müəllimi Mövsüm Sadıqovdu.

Məsələni araşdırmaq üçün həmin məktəbə üz tutub elə həmin müəllimin özünü tapdıq. Görüntülərin montaj olduğunu iddia edən müəllim ittihamlarla razılamadı.

 

Mövsüm Sadıqov bildirib ki, o heç bir halda şagirdlərə zor tətbiq etmir.

 

Müəllim hər nə qədər ittihamları qəbul etməsə də, görüntülər ortadadır.

 

Məsələ ilə bağlı həm Təhsil Nazirliyinin, həm də Rayon Təhsil Şöbəsinin mövqeyini öyrənməyə çalışdıq.

 

Təhsil Nazirliyindən məsələyə Rayon Təhsil Şöbəsinin mövqe bildirəcəyi deyilib. Gün ərzində cəhdlərə baxmayaraq Rayon Təhsil Şöbəsindən məsələyə münasibət almaq mümkün olmayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı