Modern.az

6 və 65 nömrəli marşrutlardakı dəyişiklik ləğv olundu

6 və 65 nömrəli marşrutlardakı dəyişiklik ləğv olundu

Aktual

20 Aprel 2017, 09:17

6 və 65 nömrəli marşrut xətləri üzrə avtobuslar əvvəldən müəyyən edilən sxem üzrə hərəkət edirlər.

Bu haqda Modern.az-a Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

M.Ağayev deyib ki, təmirlə əlaqədar edilən müvəqqəti dəyişiklik ləvğ edilib.:

 

“Paytaxtın Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft meydanınadək olan hissəsində aparılan təmir işləri yekunlaşdığından avtobuslar əvvəlki qaydada hərəkət edəcəklər”.

 

 

Gülşən RAUFQIZI

 

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...