İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ölkəsində keçirilən prezident seçkilərinə buraxılmayıb. Modern.az Associated Press-ə istinadən xəbər verir ki, Mahmud Əhmədinejad namizədliyini geri götürüb.
Seçkilərin keçirilməsi üzrə qərargahın nümayəndələri bildiriblər ki, namizədliklərin son siyahısı təsdiq edilib və Daxili İşlər Nazirliyində göndərilib.
İranın daxili işlər naziri namizədlərin adını aprelin 22-də açıqlayacaq.
Daha əvvəl, Əhmədinejad İranın ali dini lideri Əli Xamneyinin qadağasına baxmayaraq, namizədliyini verəcəyini bildirmişdi.
Modern.az