Modern.az

Rezidenturaya əlavə yerləşdirmənin NƏTİCƏLƏRİ açıqlandı

Rezidenturaya əlavə yerləşdirmənin NƏTİCƏLƏRİ açıqlandı

Aktual

1 Avqust 2017, 14:19

Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə qəbul üçün keçirilən müsabiqənin nəticələrini açıqlayıb.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 13 namizəd ərizə ilə müraciət edib. onların 11-i rezidenturaya qəbul olub.

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 2 və 3-də Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır