Modern.az

İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası keçirilib

İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası keçirilib

Aktual

1 Avqust 2017, 18:29

1 avqust tarixində İslam Əməkdaşlıq Təşkilatının Sammitinin sədri statusunda Türkiyənin çağırışı və ev sahibliyi ilə Qüdsdəki Əl-Aqsa məscidi ətrafında cərəyan edən hadisələri müzakirə etmək üçün İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Şurasının fövqəladə iclası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda Azərbaycanı Xüsusi Tapşırıqlar üzrə səfir Şahin Abdullayev təmsil edib.

Ş.Abdullayev Qüds məsələsi və Əl-Aqsa məscidi ətrafında cərəyan edən hadisələrlə əlaqədar Azərbaycanın mövqeyini səsləndirib və tədbirin təşkil edilməsinə görə Türkiyəyə təşəkkürünü ifadə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı