Modern.az

Sumqayıtda qadını boğaraq öldürüblər - DİN məumat yaydı  

Sumqayıtda qadını boğaraq öldürüblər - DİN məumat yaydı   

Aktual

8 Avqust 2017, 12:07

Daxili İşlər Nazirliyi Sumqayıtda törədilən qətllə bağlı məlumat yayıb.

 

Modern.az-ın nazirliyin mətbuat xidmətində istinadən verdiyi xəbərə görə, avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şəhər sakini Sevda Bayramovanın meyiti tapılıb.

 

Sumqayıt şəhər Prokurorluğu və Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadının şəhər sakini Fəttah Nuriyev tərəfindən boğularaq öldürülməsi müəyyən edilib.

 

Görülən tədbirlər nəticəsində F. Nuriyev tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb. 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya DƏHŞƏTLİ HÜCUM! Şəhərlər od içində, zavodlar yanır!