Modern.az

Mingəçevirdə qayıqda köməksiz qalan 5 nəfər xilas edildi

Mingəçevirdə qayıqda köməksiz qalan 5 nəfər xilas edildi

Aktual

11 Avqust 2017, 15:28

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində 5 nəfərin Mingəçevir su anbarı ərazisində qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Modern.az-a verilən məlumata görə, Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Vətəndaşlara müvafiq köməklik göstərilib.

Əməliyyat saat 12:10-da başa çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı