Modern.az

Anasının qucağında 1 yaşlı uşağı cərəyan vurub öldürdü

Anasının qucağında 1 yaşlı uşağı cərəyan vurub öldürdü

Aktual

12 Avqust 2017, 22:56

Neftçalada 1 yaşlı körpəni elektrik cərəyanı vurub. Modern.az "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qədimikənd kəndində qeydə alınıb.

Belə ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonundan kəndə qonaq gələn 1 yaşlı Damla Roman qızı Qurbanlı anasının qucağında ikən qəfildən elektrik məftilinə əl atıb. Nəticədə elektrik cərəyanı körpəni vuraraq oldürüb.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı