Modern.az

İlham Əliyevdən Mehman Əliyevin həbsinə REAKSİYA - Jurnalist azadlığa çıxa bilər

İlham Əliyevdən Mehman Əliyevin həbsinə REAKSİYA - Jurnalist azadlığa çıxa bilər

Aktual

11 Sentyabr 2017, 10:52

“Turan” informasiya agentliyinin baş direktoru Mehman Əliyev həbsi ilə bağlı İlham Əliyevə müraciət ünvanlayıb.

Modern.az saytı xəbər verir ki, haqqın.az-ın yazdığına görə, İlham Əliyev Qazaxıstandan qayıdandan dərhal sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb. Dövlət başçısı dərhal ciddi reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib.

Xatırladaq ki, fevralın 10-da İlham Əliyev Azərbaycanda penitensiar sahədə cəza sisteminin təkmilləşdirilməsi və alternativ, humanist qətimkan tədbirlərinin tətbiqi ilə bağlı sərəncam imzalamışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı