Modern.az

Ölkə başçısının təşəbbüsü ilə yazılan əsərlərin təqdimatı olacaq

Ölkə başçısının təşəbbüsü ilə yazılan əsərlərin təqdimatı olacaq

Aktual

12 Sentyabr 2017, 13:38

13 sentyabr 2017-ci il, saat 11:00-da Azərbaycan və rus dillərində hazırlanmış “İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları”, “İrəvan xanlığının mahalları” və “İrəvan xanlığının əhalisi” adlı əsərlərin təqdimat mərasimi keçiriləcək.

 

Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı kimi bu əsərlər də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yazılıb.

 

Tədbirin təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və “Azərbaycan Tarixçiləri” İctimai Birliyidir.

 

Təqdimat mərasimi AMEA-nın Tarix İnstitutunda (AMEA-nın əsas binası, 6-cı mərtəbə) keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı