Modern.az

“Qarabağ” - “Roma” matçının hakimləri bəlli oldu  

“Qarabağ” - “Roma” matçının hakimləri bəlli oldu   

Aktual

25 Sentyabr 2017, 14:07

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “C” qrupunda yer alan Ağdamın “Qarabağ” komandası ilə İtaliyanın “Roma” klubu arasında keçiriləcək oyunu portuqaliyalı hakimlər briqadası idarə edəcək.

Modern.az UEFA-nın saytına istinadla xəbər verir ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda oynanılacaq görüşün baş hakimi Artur Dias olacaq. Ona həmyerliləri - yan xətt hakimləri Rui Tavares və Paulo Soares kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bruno Rodriges yerinə yetirəcək. Matçın hakim-inspektoru Haim Yakov (İsrail), UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamovdur.

Bu qrupun digər oyununda “Atletiko Madrid” klubu “Çelsi”ni qəbul edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...