Modern.az

“Ağlıma batmır ki, Akif Əli Lütfü Zadə haqqında elə söz desin”

“Ağlıma batmır ki, Akif Əli Lütfü Zadə haqqında elə söz desin”

Aktual

26 Sentyabr 2017, 11:45

Baş nazirin müavini Abid Şərifov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin Lütfü Zadə haqqında səsləndiriyi fikirlərlə bağlı cəzalanıb-cəzalandırılmamasına münasibət bildirib.

“Report”un xəbərinə görə, A.Şərifov jurnalistlərə açıqlamasında bildirib ki, kiminsə cəzalandırılması onun işi deyil

Baş nazirin müavini qeyd edib ki, o, bu işlərə baxmır: “Ağlıma batmır ki, Akif Əli Lütfü Zadə haqqında elə söz danışsın. Amma deyirlər ki, danışıb. Cəzalandırmaq məsələsi isə mənlik deyil. Bu işlərlə mən məşğul olmuram”.

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...