Modern.az

Bakıdakı bu yolun sürət həddi endirildi

Bakıdakı bu yolun sürət həddi endirildi

Aktual

27 Sentyabr 2017, 11:11

Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətindəki magistral yolda (Aeroport yolu) sürət həddi endirilib.

Modern.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, faktiki hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətindəki magistral yolda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Sürücülərə yolda müəyyən edilən sürət həddini nəzərə almaq tövsiyə edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!